Birləşmiş Ərəb Əmirlikləri sahillərdində, Füceyrə limanı yaxınlığında İsrailə məxsus bir gəmi hədəf alınıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə ərəbdilli Əl-məyadin telekanalı xəbər yayıb.
Gəminin İsrailin Ray Shipping şirkətinə məxsus olduğu deyilir.
Bəzi KİV-lər hadisə şahidlərinə istinadla gəminin raket zərbəsi ilə vurulduğunu qeyd ediblər.
Hələlik hadisənin kim tərəfindən törədildiyinə və digər təfərrüatlarına dair məlumat yoxdur.
Müstəqil.Az