İsrail hakimiyyəti Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borreli rəsmi səfərlə ölkədə qarşılamaqdan imtina edib.
Məlumata görə, Fələstin radikallarının terror hücumları ilə İsrail ordusunun hərəkətlərini müqayisə edən Borrelin şərhləri yəhudi dövlətinin hakimiyyət orqanlarını qəzəbləndirib.
İsrail Xarici İşlər Nazirliyi Aİ diplomatiyasının rəhbərinin ölkəyə şəxsi səfərlə daxil olmasına mane olmayacaq, lakin onun üçün rəsmi səfər formatında qəbul təşkil etmək niyyətində deyil.
Bildirilir ki, İsrail tərəfi Borrelin “Project Syndicate” resursunda keçən həftə dərc olunmuş məqaləsindən qəzəblənib. Burada o, Fələstin radikallarının hərəkətləri ilə İsrail təhlükəsizlik qüvvələrinin terrorla mübarizə tədbirləri arasında paralellər aparıb.
İsrailin xarici işlər naziri Eli Koen daha əvvəl Borrell ilə söhbətində Aİ diplomatiyasının rəhbərinin bu sözlərini kəskin tənqid edərək, belə bir müqayisənin yolverilməz olduğunu bildirib. O, həmçinin “Avropa İttifaqından İsrailin daxili siyasətinə müdaxiləsinə və terrorçuların ailələrinə təhrik və ödənişlərlə məşğul olan Fələstin strukturlarının maliyyələşdirilməsinə” son qoyulmasını tələb edib.
Mənbə: TASS