İsrail rəsmiləri Qəzza zolağında HƏMAS hərəkatı tərəfindən saxlanılan bəzi girovlar müqabilində İsrail həbsxanalarında uzun müddət cəza çəkən bir neçə yüksək vəzifəli fələstinlini azad edə biləcəyinə işarə ediblər.
xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
İsrailin strategiyasında belə bir dəyişiklik rəsmi olaraq açıqlanmayıb. Bu, danışıqların gedişinə əhəmiyyətli dərəcədə təsir göstərə və HƏMAS-ı 2023-cü ilin oktyabrından Qəzzada saxlanılan İsrail əsgərlərini azad etməyə inandıra bilər. Nəşr qeyd edir ki, nəticədə müvəqqəti atəşkəs razılaşdırıla bilər.