İsrailin Müdafiə Ordusu hava zərbələri ilə HƏMAS-ın Qəzza zolağında hərəkət tunelləri şəbəkəsinin 5 gün ərzində məhv edildiyini açıqlayıb. İsrail ordusu tərəfindən yerləşdirilmiş videoçarxa əsasən, HƏMAS son onillikdə Qəzzada yaşayış binalarının altında tunel şəbəkəsi yaradıb. Tunellər döyüşçülərin İsrail ərazisinə raketlərin işə salınmasından sonra gizlənməsi üçün fəal istifadə olunub. Tunellər tezliklə hərəkat üzvlərinin yalnız gizlənmələri üçün deyil, həmçinin döyüş sursatlarını və silahı yerləşdirmək üçün istifadə edilən mürəkkəb yeraltı sistemə çevrilib.
Bildirilir ki, İsrail hərbçiləri əməliyyatın gedişatında demək olar, 100 kilometrlik yeraltı tuneli məhv etməyə nail olub. “Cəmi beş gün ərzində biz onu (tunel şəbəkəsini – red.) zərərsizləşdirdik”, – ordunun mətbuat xidmətindən qeyd edilib.
Bundan əvvəl İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağındakı Həmas hərəkatının tunel sisteminə üç hücum təşkil edərək, anklavın şimalındakı 15 kilometrlik yeraltı tikilini məhv edib.
Müstəqil.Az