İsrail-HƏMAS müharibəsi Yaxın Şərqdə təhlükəsizliyi təhdid edir

İsrailin HƏMAS-la müharibəsi Yaxın Şərqdə təhlükəsizliyi təhdid edə bilər.

-nın məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken xəbərdarlıq edib.

Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə keçirdiyi mətbuat konfransında Entoni Blinken münaqişənin asanlıqla metastaz verə biləcəyini qeyd edib. Amerika dövlət katibi qeyd edib ki, Husilərin HƏMAS və İsrail arasında qarşıdurma nəticəsində Qırmızı dənizdə ticarət gəmilərinə hücumları artıq dünyada dəniz nəqliyyatının demək olar beşdə birinə mane olub və onlarla ölkənin maraqlarına toxunub.

Blinken Qətəri tərk edərək BƏƏ-yə gedib.

Share: