İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ölkə Qəzza zolağında Fələstinin Həmas hərəkatının rəhbəri Yəhya Sinvarı tapıb məhv edəcək.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, noyabrın 4-də keçirdiyi mətbuat konfransında bildirib.
“Müharibədən sonra Qəzzada daha HƏMAS olmayacaq və Qəzza zolağından İsrailin təhlükəsizliyinə heç bir təhdid olmayacaq. Qəzza zolağında tam fəaliyyət azadlığına malik olacağıq və nə istəsək, edəcəyik”, – departament rəhbəri bildirib.