2023-cü il oktyabrın 7-dən İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində və İordaniya vadisində 3600-ə yaxın insanı terrorla əlaqədə şübhəli bilinərək saxlayıb.
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumatına görə, saxlanılanlar arasında təxminən 1600 nəfər Fələstinin radikal HAMAS hərəkatı ilə əlaqədə şübhəli bilinir.
“Bu həbslər Fələstin ərazilərində müntəzəm antiterror reydləri zamanı həyata keçirilir. O cümlədən, son 24 saat ərzində orada axtarışda olan daha 5 nəfər saxlanılıb”, – deyə ordunun məlumatında bildirilir.