Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin HƏMAS radikal təşkilatı ilə əlaqəli hərbi hissələrin komandirlərindən birini öldürüb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət İsrail Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində məhv edilən Cebaliya mərkəzi batalyonunun komandiri İbrahim Biaridən gedir.
Bildirilir ki, Biari oktyabrın 7-də Həmas tərəfdarlarının İsrailə hücumunun planlaşdırılmasında aparıcı rol oynayıb.
Mənbə: TASS