İsrail prezidenti İshak Hersoq bu il dekabrın əvvəlində Bəhreyn Krallığına səfər edəcək.
Məlumata görə, o, kralın dəvəti ilə Bəhreynə səfər edən İsrailin ilk dövlət başçısı olacaq.
Səfər zamanı Hersoqun Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə, eləcə də krallığın bir sıra yüksək rütbəli rəsmiləri və yerli yəhudi icmasının üzvləri ilə görüşləri nəzərdə tutulub.
İsrail prezidenti Bəhreynə səfərindən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedəcək və orada Əmirliyin lideri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıqlar aparacaq.
Mənbə: TASS