İsrail prezidenti İshak Hersoq bazar günü “Likud” partiyasının lideri Benyamin Netanyahuya noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən hökumət koalisiyası yaratmaq mandatı verib.
Hersoqun Qüdsdəki ofisində keçirilən mərasimin yayımını İsrail hökumətinin mətbuat xidməti həyata keçirib.
Qanuna görə, Netanyahuya Nazirlər Kabinetini formalaşdırmaq üçün müddəti 14 gün uzatmaq imkanı ilə 28 gün vaxt verilir.