İsrail qərar verdi: Qüdsdə azan qadağan edilir

Qüdsdə ABŞ səfirliyinin açılışı ilə bağlı keçiriləcək mərasimlərdən dolayı şəhərdə azan verilməsi qadağan ediləcək.

Müstəqil.Az xəbər verir ki, İsrail hüquq-mühafizə orqanları eyni zamanda təhlükəsizlik tədbirlərini ciddi şəkildə gücləndirəcək.

Bildirilib ki, mərasimin keçirildiyi ərazi polis tərəfindən mühasirəyə alınacaq, hündür ərazilərdə snayperlər yerləşdiriləcək və məkan helikopterlərdən daim nəzarətdə olacaq.

Qeyd edək ki, Qüdsdə ABŞ səfirliyinin açılış mərasimi mayın 14-də baş tutacaq.

Kamran Ə

Share: