İsrailin İnnovasiyalar İdarəsi ölkədə tıxacları azaltmaq üçün sürücüsüz avtobusların istismarı ilə bağlı iki illik sınaq proqramına start verib.
Bunun üçün hökumət toplam 17 milyon dollarlıq investisiya ayırıb. Layihə çərçivəsində ictimai nəqliyyat sisteminə avtonom nəqliyyat vasitələrinin inteqrasiyası araşdırılacaq.
İki mərhələli pilot layihənin birinci mərhələdə şirkətlər texnoloji, tənzimləmə, təhlükəsizlik və kommersiya məqsədəuyğunluğunu sübut etmək üçün qapalı və istismar ərazilərində sürücüsüz avtobusları sınaqdan keçirəcəklər. İkinci mərhələdə, onlar iki il ərzində artacaq diapazonda ictimai yollarda avtonom avtobus xətti işlədəcəklər.
Sınaqlar İsrail, ABŞ, Fransa, Türkiyə və Norveç şirkətləri tərəfindən aparılacaq.
Mənbə: rossaprimavera.ru