Bazar günü – dekabrın 2-də İsrailin “9-cu kanal”ı “Qoruq” adlı siyasi satirik cizgi serialının 52-ci seriyasını yayımlayıb.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, yeni bölümdə Kerç boğazında Rusiya sərhədçiləri tərəfindən Ukraynanın üç gəmisinin saxlanılması; “Roskosmos” rəhbəri Roqozinin Ayın fəth edilməsi planları; RF Hesablama Palatasının “Roskosmos”un fəaliyyətində çoxsaylı pozuntular barədə bəyanatı və Buenos-Ayresdəki “G20″ sammitindəki olaylar satirik planda verilib.
Rusiya prezidenti V.Putin Azov dənizindəki olaylarda “dəniz qulduru” rolunda çıxış edir. “G 20” sammitində isə Rusiya və ABŞ liderləri tanqo rəqsi oynayırlar…