İsrail terror hücumlarından sonra vətəndaşların silah almasını asanlaşdıracaq

İsrail terror hücumlarından sonra vətəndaşların silah almasını asanlaşdıracaq

Yeni terror aktları dalğası fonunda İsrail hökuməti vətəndaşların silah əldə etmələrini asanlaşdırmaqla ekstremizmlə mübarizə tədbirlərini gücləndirmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb.

Tədbirlər haqqında qərar Nazirlər Kabinetinin Təhlükəsizlik Məsələləri üzrə keçirilən iclasının yekunu üzrə qəbul edilib.

Netanyahu vurğulayıb ki, İsrail Qüdsdəki terror hücumlarına sərt, sürətli və dəqiq cavab verəcək.

Qeyd edək ki, yanvarın 27-si İsrailin Yerusəlim şəhərinin Neve Yaakov yəhudi məhəlləsində sinaqoqa silahlı hücum olub. Hadisə zamanı 8 nəfər ölüb, 10 nəfər isə yaralanıb.


Share: