İsrail Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalatını dayandırdı

İsrail Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalatını dayandırıb.

Müstəqil.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İsrailin kənd təsərrüfatı naziri Uri Ariel sosial şəbəkədəki səhifəsindən bildirib.

“Türkiyəyə dəstək olmayacağıq”, – nazir yazıb.

Xatırladaq ki, mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar İsrail-Fələstin sərhədində vəziyyət gərginləşib.

Türkiyə İsrailin hərəkətlərinə etiraz olaraq İsrailin Ankaradakı səfirini və İstanbuldakı baş konsulunu ölkəsinə göndərib.

 

Share: