İsrail Hərbi Hava Qüvvələrinin ehtiyatda olan 37 qırıcı pilotundan ibarət qrup hökumətin təklif etdiyi məhkəmə islahatına etiraz etmək üçün bir günlük döyüş təlimini buraxacaqlarını açıqlayıb.
“Çərşənbə günü, martın 8-də biz demokratiya və xalqın birliyi naminə vaxtımızı düşünməyə həsr edəcəyik və buna görə də həmin gün əməliyyat tədbirləri istisna olmaqla, təlimlərə qatılmayacağıq. Həftənin qalan hissəsində planlaşdırılmış şəkildə növbətçiliyə riayət edəcəyik”, – məktubda yazılıb.
Bildirilib ki, etirazçılar ABŞ Hərbi Hava Qüvvələrinin F-15 qırıcılarını idarə edən 69-cu eskadronu təmsil edirlər.
Xatırladaq ki, baş nazir Benyamin Netanyahu və onun sağ koalisiyasının noyabrın 1-də keçirilən milli seçkilərdə qalib gəlməsindən sonra məhkəmə islahatları İsraildə qızğın müzakirələrə səbəb olub. Kütləvi etirazlar az qala hər axşam Təl-Əvivdə, eləcə də Qüdsün Knesset və Ali Məhkəmə olan rayonlarında keçirilir.
Mənbə: rossaprimavera.ru