İsrailin Bakıdakı səfiri dini liderlərlə görüşdü

İsrailin Bakıdakı səfiri dini liderlərlə görüşdü

Bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr İşeyiata ilə görüşüb.

Müstəqil.Az bildirir ki, bu barədə səfir “Tvitter” hesabında yazıb.

Qeyd edilib ki, Azərbaycan və İsrail həmişə dini tolerantlığın tərəfdarı olub, bizim möhkəm dostluğumuz bu ortaq dəyərlər üzərində qurulub.

“Müxtəlifliyi özündə birləşdirən Yaffada böyüyən biri olaraq Azərbaycanda üç dini liderlə görüşdə özümü evdəki kimi hiss etdim. Dini liderlərin və icmaların birlikdə yaşadığı, əksəriyyəti müsəlman olan bu ölkədə yəhudi dövlətinin ərəb xristian səfiri olmaq bir imtiyazdır”, – deyə diplomat əlavə edib.

 

Israel in Azerbaijan

@IsraelinAZ

Amb @GeorgeDeek met w/ His Virtue Sheikh ul-Islam Allahshükür Pashazade, alongside @MilikhYevdayev and Archbishop Alexander. #Azerbaijan and #Israel have always championed religious tolerance. These are the common values upon which our strong friendship was forged

 

4:46 PM · Feb 10, 2021 from Azerbaijan

 

Müstəqil.Az

brazzers izle

Share: