İsraildə məhkəmə islahatına etiraz əlaməti olaraq Ben-Gurion hava limanında uçuşlar dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Haaretz” qəzeti yayıb.
Məlumata görə, Tel-Əviv aeroportunun işçiləri İsraildə elan olunan kütləvi tətil çərçivəsində hava limanını bağlayır və təyyarələrə reys həyata keçirməyə icazə vermirlər.
Qeyd olunur ki, aeroport administrasiyası xarici ölkələrdən reyslərin qəbul edilib-edilməməsi barədə hələ qərar verməyib.