İsrailin Dəməşqə hava zərbələri zamanı “İslami cihad”ın lideri xəsarət almayıb

İsrailin Dəməşqə hava zərbələri zamanı “İslami cihad”ın lideri xəsarət almayıb

İsrailin Dəməşqə hava zərbələri zamanı “İslami cihad”ın lideri xəsarət almayıb

Fələstinin “İslami cihad” radikal qruplaşmasının lideri Ziyad Nahhale İsrail hərbi hava qüvvələrinin Dəməşqə hücumu zamanı xəsarət almayıb.

TASS-a isrtinadən xəbər verir ki, bu barədə təşkilatın Suriyadakı nümayəndəsi bildirib.

“Mezze məhəlləsində raket hücumu ilə vurulan ev “İslami cihad”ın qərargahı deyil. Liderimiz orada olmayıb və hücum zamanı xəsarət almayıb”, – o qeyd edib.

Bundan əvvəl İsrail təyyarələri Dəməşqin qərbində yerləşən 4 mərtəbəli malikanəyə raket zərbələri endirib, nəticədə bina tamamilə dağılıb. Məlumata görə, bir nəfər ölüb, üç nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

Share: