İsrailin müdafiə naziri Yoav Qallantın Qəzzada əməliyyat bitdikdən sonra beynəlxalq nəzarət altında olan Fələstin Muxtariyyətinə bağlı yerli fiqurları silahla təmin etmək planı var.
Müstəqil.Az xəbər verir ki, bu barədə “Israil Hayom” məqalə dərc edib.
Məqaləyə görə, müdafiə naziri Qallant İsrailin Qəzzanın mülki və ya hərbi idarəçiliyinə razı deyil və onun fikrincə beynəlxalq aktorların müşayiəti ilə HAMAS-a aid olmayan Fələstin qurumları tərəfindən Qəzzanın idarə olunması İsrailin xeyrinədir.
Planının təfərrüatlarının bir hissəsi kimi, Qallant təklif edir ki, Qəzzada əhali icmalarda cəmlənsin və hər bir belə icmada onun idarəçiliyini öz üzərinə götürəcək yerli qəzzalıların mülki aparatı yaradılsın. HAMAS-ın Qəzzəyə nəzarət etməyə çalışan hər hansı digər tərəfi öldürəcəyi iddiasına cavab olaraq, müdafiə naziri asayişi qorumaq və HAMAS-dan müdafiə olunmaq üçün onları yüngül silahlarla silahlandırmağı təklif edir.
Qəzzalılara veriləcək silahların HAMAS-ın əlinə keçməməsi üçün İsrailin texnoloji nəzarəti, eləcə də ABŞ-ın və mötədil ərəb dövlətlərinin beynəlxalq dəstəyi olacaq.
Müstəqil.Az