İsrailli hakerlər İranın neft infrastrukturuna hücum ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin “WeRedEvils” haker qrupu İranın neft infrastrukturu layihələrinin idarə edilməsi sisteminin sındırıldığını bildirib.

Məlumata görə, sındırılmış sistem bütün İranda yanacaq və neft tədarükünə cavabdeh olub.

“Biz həyati vacib və məxfi proqram təminatı əldə edə bildik, bu barədə ətraflı məlumat verməyəcəyik”, – qrupdan bildirilib.

Hakerlər hesab edirlər ki, İran artıq zərərin miqyasını qiymətləndirib.

Mənbə: gazeta.ru

Share: