Bir çox üstünlükləri ilə istifadəçilərin işini rahatlaşdıran ABB mobile bu dəfə də əlavə Fayda-larla sevindirir.
Belə ki, dekabrın 1-dən ABB mobile istifadəçilərinə əlavə Faydalar qazanmaq üçün 4 kateqoriya üzrə seçim imkanı verilir. Bunlar “Kafe/restoran”, “Yanacaqdoldurma məntəqəsi”, “Ərzaq mağazaları” və “Geyim mağazaları”dır. Dekabr ayı ərzində qeyd olunan məkanlardan birində pos-terminalla ödəniş edən istifadəçilər daha çox Fayda qazanmış olurlar. ABB mobile ilə ödənişlər yanacaqdoldurma məntəqələrində, geyim mağazaları, kafe-restoranlarda 5%, ərzaq dükanlarında 3% əlavə Fayda qazandırır. Ödəniş Mastercard hesabından edildikdə 2%-lik əlavə ilə bu Faydalar 7%-ə qədər artır. Digər kateqoriyalar üzrə Fayda-lar isə cari tarifə uyğun hesablanacaq.
Ödənişləri ABB-nin istənilən kartı, o cümlədən pensiya kartı hesablarından aparmaq olar. Hətta ABB mobile istifadəçisi olmayan şəxslər də pulsuz rəqəmsal kart yaradaraq bu fürsətdən faydalana bilərlər.
Fayda ABB-nin loyallıq proqramıdır, Proqram çərçivəsində ABB mobile istifadəçiləri tətbiqdən istifadə zamanı Fayda-lar toplayırlar. Daha sonra isə bu Fayda-larla mobil tətbiqdə ödənişlər edə və ya onları hədiyyələrə dəyişə bilirlər. Fayda haqqında daha geniş məlumatı buradan əldə etmək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.