Bazar günü İstanbul məhkəməsi noyabrın 13-də İstiqlal küçəsində törədilən terror aktında iştirak ittihamı ilə iki nəfəri həbs edib.
Bununla da iş üzrə həbs olunanların ümumi sayı 19-a çatıb.
Məlumata görə, iş üzrə saxlanılanların hamısı “dövlətin birliyini və bütövlüyünü pozma” və “qəsdən adam öldürmə” maddələri ilə həbs ediliblər.
Mənbə: TRT