İstanbul, İzmir və Barselona suyun altında qalacaq.
“Haber Global” məlumat verir ki, bu barədə BMT-nin hesabatında bildirilib.
Hesabata əsasən, iqlim dəyişikliyi Avropanın bir sıra yaşayış məskənlərini təhdid edir. Onlardan ilk üçlükdə məhz adıçəkilən şəhərlər gəlir.
BMT-nin hesablamalarına əsasən, 2030-cu ildən sonra İstanbul təbiətin şıltaqlıqları səbəbindən hər il 200 milyon dollar zərərlə üzləşəcək.