İstanbul zəlzələdən belə müdafiə olunacaq — Türkiyə hərəkətə keçdi

İstanbul zəlzələdən belə müdafiə olunacaq — Türkiyə hərəkətə keçdi

Türkiyədə ard-arda baş verən zəlzələlər dövlət qurumlarını hərəkətə keçirib. 

“Qafqazinfo” xəbər verir ki, ölkədə zəlzələ qanunu üzrə layihə işlərinə başlanılıb.

Belə ki, Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi yeni qanuna əsasən, İstanbul şəhərindəki tikililərin daha ciddi yoxlanılacağını açıqlayıb. 

Həmçinin nazirlikdən bildirilib ki, İstanbulda baş verə biləcək 7 bal gücündə zəlzələdə 600 min evin dağılacağı təxmin edilir. Bunun qarşısını almaq üçün isə burada bir sıra tədbirlər görüləcək:

“Binalara bir-bir baxış keçiriləcək. Araşdırmalar aparılacaq, riskli tikililər zərurət yaranarsa, söküləcək. Komandalar həmişə meydanda olacaq. Bir çox binaların altında mağaza və iş yerlərinin olması tikilinin uçma riskini artırdığına görə bu işə nəzarət artırılacaq. Torpaq süxurları üzrə verilən rəyə əsasən, bəzi ərazilərdə tikintiyə icazə verilməyəcək”.


Share: