İstanbulda 5.9 bal zəlzələ – Ərdoğan zəlzələdə yaralananların sayını açıqladı

İstanbulda zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb, zəlzələ nəticəsində şəhərin bəzi yerlərində binalarda çatlar əmələ gəlib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O qeyd edib ki, bu saata qədər 28 yeraltı təkan qeydə alınıb.

Zəlzələnin fəsadlarını aydınlaşdırmaq məqsədilə vitse-prezident Fuat Oktayın rəhbərliyi altında dövlət komissiyası da yaradılıb.

Qeyd edək ki, 5,8 bal gücündə baş verən zəlzələ nəticəsində İstanbulda telefon və sosial şəbəkələrin istifadəsində ciddi problemlər yaranıb.

Meydana gələn zəlzələ ilə əlaqədar məktəblərdə tətil qərarı verib. İstanbul küçələrində nəqliyyatın hərəkətində də ciddi problemlər yaşanıb. Bəzi yerlərdə böyük tıxacların yarandığı qeyd edilir.

Share: