İstanbulun Eminönü bölgəsində sərnişin avtobusu dənizə düşüb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ragıp Gümüşpala küçəsində saxlanılan avtobus naməlum səbəblərdən hərəkət etməyə başlayıb və dənizə düşüb.
Hadisə zamanı avtobusun boş olduğu bildirilir. Dənizə düşən avtobus bir müddət sonra batmağa başlayıb.
Hazırda dalğıclar avtobusu sudan çıxarmağa çalışır.
Avtobusun sürücüsü barəsində araşdırma başladılıb.