Türkiyə Gənclik Vəqfinin İstanbulun Qaziosmanpaşa rayonunda yerləşən nümayəndəliyi qarşısında partlayıcı qurğu yerləşdirən şəxs saxlanılıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, terrorçu polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində tutulub.
Xatırladaq ki, partlayış aprelin 21-də baş verib. Partlayış nəticəsində ölən və yaralanan olmayıb. Daha bir terror aktı aprelin 20-də Türkiyənin Bursa vilayətində həbsxana gözətçilərinin xidməti maşınının keçidi zamanı törədilib. Hadisə zamanı bir nəfər həlak olub.
Müstəqil.Az