İsti havalar bu mənfi təsirlərə yol açır

İsti havalar bu mənfi təsirlərə yol açır

Həddindən artıq isti və rütubətli hava insanların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Aralıq dənizi Universitetinin Tibb Fakültəsi elmi araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, isti havalar bir çox insanın psixologiyasına mənfi təsir edir.

Həmin təsirlərin bəziləri bunlardır:

Həddindən artıq isti hava insanlarda qəzəb, dözümsüzlük, depressiya kimi psixi pozğunluqlar yaradır.

Yuxu pozğunluqları həddindən artıq isti havalarda artır və bu, yuxunun keyfiyyətinə təsir göstərir. Yuxu pozğunluğunun başlaması ilə depressiya və narahatlıq da müşahidə edilir.

İnsanların isti havalarda nəfəs almaqda çətinlik çəkməsinə, eləcə də ürək döyüntülərinin yüksəlməsinə isə tez-tez rast gəlinir.

İsti hava yol qəzalarına da səbəb olur. Çünki həmin hava şəraiti insanlarda diqqət və konsentrasiya pozğunluğu yaradır. Bu, da qəzaların artmasına yol açır.

Yay aylarında maye itkisi də sağlamlıq baxımından bir sıra yan təsirlərin yaranmasına və immun sisteminin zəifləməsinə səbəb olur.


Share: