İstifadə etdikləri təqvimə görə yeni ildə bütün ölkələr 2018-ci ili qarşılamayacaq…

Elə bilirsiniz bütün dünya 2018-də yaşayacaq? Müstəqil.Az yeni ildə bəzi ölkələrin hansı ilə qədəm qoyacağı barədə sizi məlumatlandıracaq….

1. Efiopiyada 2011 olacaq.

Efiopiyada 2011 olacaq.Efiopiya qədim İskəndəriyyə təqvimini istifadə edir. Bu təqvimdə günlər gecə yarısı 00:00-da deyil, gün doğanda başlayır. Bu da illərdə fərqliliyə yol açır.

2. İsraildə 5778 olacaq.

İsraildə 5778 olacaq.Rəsmi təqvimlə birlikdə İsraildə İvrit Təqvimi də istifadə edilir. Bu təqvimə görə də, 5778 il gəlir.

3. Pakistanda 1440 olacaq.

Pakistanda 1440 olacaq.Hicri Təqvimə görə hərəkət edən Pakistanda 1440-cı il olacaq.

4. İran 1396

İran 1396Günəş Hicri Təqviminə görə İranda, həftələr şənbə günü bitir. Bu fərqlilik da il kimi gözə çarpır. Bu təqvim deyilənə görə Ömər Xəyyam tərəfindən  hazırlanmışdır.

5. Hindistanda 1940.

Hindistanda 1940.Budda təqvimindən istifadə edən Hindistan 1940-a girəcək.

6. Çin isə 4776-cı ili tamamlayır.

Çin isə 4776-cı ili tamamlayır. Çin, Monqolustan və Vyetnam kimi bölgələr imperatorun hakimiyyətinin başladığı qəbul edilən təqvimi istifadə edir və 4777-ci ilə girirlər. Həmçinin heyvan təqviminə görə də 2018-də Çində it İli olacaq.

7. Şimali Koreya isə 107.

Şimali Koreya isə 107.

Ölkənin əbədi prezidenti Kim Il-sungun doğum ili olan 1912-yə görə formalaşmış təqvimdən istifadə etdikləri üçün.

 Müstəqil.Az

Share: