İsveç prokurorluğu “Şimal axını”nda partlayışlarla bağlı təhqiqatı başa çatdırıb

İsveç prokurorluğu “Şimal axını”nda partlayışlarla bağlı təhqiqatı başa çatdırıb

İsveç prokurorluğu “Şimal axını”nda partlayışlarla bağlı təhqiqatı başa çatdırıb

İsveç prokurorluğu “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı araşdırmanı başa çatdırıb.

xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” nəşri məlumat yayıb.

Nəşr onu da vurğulayıb ki, araşdırmada alman müstəntiqlər də iştirak edib.

Bundan əvvəl Almaniyanın “Süddeutsche Zeitung” qəzeti də Rusiya qaz kəmərində baş verən partlayışlarla bağlı təhqiqatın başa çatmasından danışaraq, təqsirkarların tapılmadığını iddia etmişdi.

İsveç təhlükəsizlik xidməti əvvəllər partlayışın diversantların fəaliyyətinin nəticəsi olduğunu etiraf etmişdi. Fövqəladə vəziyyət zonasında partlayıcı maddələrin qalıqları aşkar edilib.

Share: