İsveçdə avtomobil daşıyan yelkənli gəmi layihəsi hazırlanıb

Müstəqil.Az “Seanews.az”-a istinad edərək  xəbər verir ki, “Oceanbird” adlı layihə ən qabaqcıl gəmiqayırma və aviasiya texnologiyalarını özündə birləşdirir. Uzunluğu 200 metr olan gəmi təqribən 6-7 min avtomobil daşımaq qabiliyyətinə malik olacaq.

Üzən vasitə hündürlüyü 80 metr olan metaldan və kompozit materiallardan hazırlanmış yelkənlərlə təchiz ediləcək. Fırtınalı hava şəraitində yelkənləri 50 metrə qədər endirmək mümkün olacaq.

Sözügedən gəminin sürəti adi gəmilərdən bir qədər aşağı olsa da, tullantıları sıfıra bərabərdir.

Müstəqil.Az

Share: