İsveçdə göyərtəsində 9 nəfər olan təyyarə qəzaya uğradı

İsveçdə göyərtəsində 9 nəfər olan təyyarə qəzaya uğrayıb.

Rossiya 24” kanalı xəbər verir ki, baş verən qəzada kiçik idman təyyarəsinin bütün sərnişinləri həlak olub.

İlkin məlumata əsasən, qəza təyyarənin havaya qalxmasından təqribən 40 dəqiqə sonra baş verib.

Qəza şahidlər tərəfindən lentə alınıb.

Qeyd edək ki, İsveç polisinin yaydığı məlumata əsasən, təyyarənin göyərtəsində olan insanlar paraşütizm ilə məşğul olub.

Share: