İsveçin Naimakka qəsəbəsində soyuq havalarla bağlı 30 illik rekord yenilənib, havanın temperaturu -43,8 dərəcəyə düşüb.
İsveç Hidrologiya və Meteorologiya İnstitutunun (SMHI) məlumatına görə, günorta saatlarında termometrin şkalası -42,7 dərəcə səviyyəsini göstərib. Günün ikinci yarısınqda isə temperatur demək olar ki, -44 dərəcəyə düşüb. Sinoptiklər havaların bir neçə gün də belə davam edəcəyini və yeni rekordlar qeydə alınacağını isttisna etmirlər.
Naimakka qışda İsveçin ən soyuq yerlərindən biridir. Ölkənin şimalında, düz sərhəddə yerləşən qəsəbənin cəmi iki sakini var.
Mənbə: The Local Sweden