İsveçin baş naziri Ulf Kristersson Türkiyə parlamentinin krallığın Şimali Atlantika Alyansına üzv olmaq üçün müraciətini bəyənməsini alqışlayıb.
xəbər verir ki, bu barədə Kristersson X sosial şəbəkəsində bildirib.
“Bu gün biz NATO-nun tamhüquqlu üzvü olmağa bir addım daha yaxınıq. Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzv olmasına səs verməsi müsbət haldır”.
Qeyd edək ki, türkiyəli deputatlar yanvarın 23-də İsveçin alyansa qoşulması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyiblər. İndi İsveçin üzvlük ərizəsini ratifikasiya etməyən yeganə NATO ölkəsi Macarıstandır.