İsveçin “Höteborq” futbol klubunun futbolçularının olduğu təyyarə göyərtəsində 30 şişirdilmiş top olduğuna görə Danimarkanın paytaxtı Kopenhagendə məcburi eniş etdib.
Hadisə fevralın 2-də baş verib. Komanda təlim-məşq toplanışı üçün İsveçdən İspaniyaya yollanıb. Uçuşun başlamasından yarım saat sonra təyyarə komandiri nəqliyyat vasitəsinin təcili eniş etməli olacağını bildirib.
“Topların partlayış riskinə görə Kopenhagenə enməliyik. Biz yerə enəndə topları göyərtədən çıxarmaq lazım gələcək. Təxminən 30 dəqiqə çəkəcəyini düşünürük. Narahatçılığa görə üzr istəyirik”, – pilot bildirib.
Təcili enişdən sonra futbolçuların olduğu təyyarə İspaniyaya uçüşunu davam etdirib.
Mənbə: gazeta.ru