İsveçrə Ukraynaya avadanlıq və sursat ixracından imtina edir

İsveçrə Ukraynaya avadanlıq və sursat ixracından imtina edir

İsveçrə Konfederasiyasının Prezidenti Alen Berse Rusiya-Ukrayna müharibəsində uzun müddət davam edən neytrallıq prinsipini əsas gətirərək ölkəsinin Ukraynaya sursat ixracına icazə vermək çağırışlarını rədd edib.

Almaniyanın paytaxtı Berlində kansler Olaf Şoltsla birgə mətbuat konfransında danışan Berse hökumətinin Rusiyanın Ukraynaya qarşı müharibəsini qətiyyətlə pislədiyini və bunu beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirdiyini bildirib.

Bununla belə, Berse İsveçrənin uzun müddətdir davam edən neytrallıq ənənəsi və bununla bağlı qanunları səbəbindən münaqişədə heç bir tərəfə hərbi dəstək verə bilməyəcəyini də vurğulayıb.

“Heç kim bizdən öz qanunlarımızı pozmağı tələb edə bilməz”, – deyə o bildirib.

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının bir qismini, o cümlədən Rusiya aktivlərinin dondurulmasını qəbul edib, lakin avropalı tərəfdaşlarının İsveçrə istehsalı olan sursatların Ukraynaya təkrar ixracı ilə bağlı müraciətlərini rədd edib.

Mənbə: Anadolu

Share: