İsveçrəlilər dünyanın ən uzun sərnişin qatarı ilə rekorda imza atıblar

İsveçrəlilər dünyanın ən uzun sərnişin qatarı ilə rekorda imza atıblar

İsveçrənin dəmir yolu şirkəti şənbə günü Alp dağlarının ən maraqlı marşrutlarından birində dünyanın ən uzun sərnişin qatarı ilə rekorda imza atıb.

Belə ki, “RhB” şirkətinin istehsalı olan və 100 vaqondan ibarətdir qatar bir saatdan bir qədər çox vaxt ərzində Albula-Bernina dəmir yolu xətti boyunca hərəkət edərək təyin olunmuş yerə çatıb.

“RhB” şirkətinin direktoru Renato Faşiati bildirib ki, rekord cəhd İsveçrə mühəndislik nailiyyətlərini nümayiş etdirmək və İsveçrə dəmir yollarının 175 illik yubileyini qeyd etmək məqsədi daşıyır.

Mənbə: Eurointegration.com.ua

Share: