İsveçrəni niyə işğal etmək olmur?..Səbəbləri..

İki dünya müharibəsinin ikisindən də ziyansız çıxan və 1815-dən bəri obyektivliyini və tərəfsizliyini qoruyan İsveçrənin necə bunu bacardığını və İsveçrəni işğal niyyətində olmuş bir ordunun nələri gözə alması lazım olduğunu bilirsinizmi?

Buyurun, İsveçrənin asan yağlı tikə olmadığını sübut edən “İsveçrə işğal edilə bilməz” deyəcəyiniz səbəblər.

1. İsveçrə Bankları

İsveçrə Banklarıİsveçrə banklarında hər hansı bir anda 35 milyard avroluq bir əmanət dövriyyəsi var deyirlər. Bu qədər pul yalnız İsveçrəlilərəmi aiddir? Təbii ki deyil. İsveçrə banklarının müştərilərinin adlarını gizli saxlamaq düşkünlüyü ucbatından dünyanın çirkli pulu yüz ildən çox bir müddətdir oraya axır. Çünki sınanmış və təsdiq olunmuş bir həqiqət kimi İsveçrə pulun ən inamlı və etibarlı saxlanıldığı ölkədir. Bu etimadın əsas səbəbi də İsveçrənin işğal olunmasının çətinliyidir. Yəni işğal çətindir deyə pul gəlir, pul gəlir deyə işğal çətinləşir. Gözəl sistem yaradıblar. Siz milyardlarla dollar pulun saxlandığı bir ölkəni işğal edəcəksiniz hesabların sahibləri də bunu izləyəcək. Ha-ha.

2. İsveçrə Dağları

İsveçrə Dağları“Dağlar oy oy oy” deyə bir mahnı eşitmisiz? İsveçrə onlarla doludur. Bəli, tətil üçün çox gözəl məkanlar var,  ancaq bir gün dövran dönər İsveçrə ilə müharibəyə başlayarıq, başlasaq da, haradan başlayarıq deyə də ümid edirik ki, düşünənlər oldu. Aha bax, o dağlardan başlayacaqsınız. Əsgərləriniz ola bilsin ki girdi, hündürlüyü 1500 m olan bir yerə tankınız, yük maşınınız necə girəcək, 7 metr dağ keçidlərində yüksək bacarıqları olan əsgərləri bu yerlərdən necə qoruyacaqsınız, qoruya bilməsəniz, əsgər necə qidalanacaq, yanacaq gəlməsə, ordu necə irəliləyəcək və necə isinəcək? Hələ digər amillər işin içinə girmədən o dağların orada olması işğal fikrini yarı yarıya öldürüb onsuz da.

3. Schweizer Reduit

Schweizer ReduitElə bir müdafiə sistemidir ki, yuxarıda bəhs etdiyimiz kimi hədsiz dağları olan ölkənin müəyyən keçidlərinin nəzarətli müdafiəsi üzərində cəmləşir. İsveçrə ordusu başlayacaq olan bir işğalda düşmənini olduğu qədər alçaq düzənlikdə saxlamağa cəhd edəcək. Özü də dağlarda gözləyəcək. Bu tilova düşsəniz, dağlardan təpənizə xəbərdarlıq kimi 120 mm-lik toplar yağacaq. Tamamlama xətti kəsim atəş edə bilməsinlər,  deyirsiniz, amma onsuz da sülh dövründə dağların altına naməlum hissələrə minalar yerləşdiriblər. Gecə-gündüz atırlar. Topları götürüb, digər bir dağın ərazisinə keçək deyirisiniz, amma ciddi itkilər verib dayanırsınız. Düzənlikdən irəliləyərək şəhərlərini alaq, deyirsiniz, bütün keçidlərdə pusquya düşürsünüz və itkilər çoxalır. Şəhərə gəlirsiniz, heç kəs yoxdur, bütün şəhər camaatı silahlanıb dağa çıxıb (piyada keçidlərinə qədər her yeri də minalayaraq) müharibəyə qoşulublar. İsveçrədə neft yoxdur, mədən yoxdur, bəs mənim burada nə işim var deyə düşünməyə də başladınız. Əsgərlər də balaca İsveçrəni də ala bilmirik – deyə deyinməyə başlayıblar. İşğal dayanır. Plan ümumi olaraq bu şəkildə işləyir. Əsas məqsəd İşğalın astarını üzündən baha gətirmək idi! İsveçrə sizə qalib gələ bilməz, amma siz onu dizləri üstünə çökdürənə qədər başınıza nələr gələ bilər, təsəvvür etmirsiniz.

4. Dəmir Yolları, Körpülər, Tunellərin Partlamağa Hazır Olması

Dəmir Yolları, Körpülər, Tunellərin Partlamağa Hazır OlmasıElə bir vəziyyətdir ki, milyard dollarlıq Alp tunellərini tikən mühəndislər tunelləri, körpüləri, yolları düzəldərkən ən qısa yolla necə partladılar deyə də bir hesabat hazırlayıblar. Bundan başqa tikinti bitən kimi hər an gələ biləcək bir hücuma qarşı da bu yollar tunellər körpülər minalanıb. Gündəlik həyatda partlayıcılar taxılmış vəziyyətdə gözləyirlər. Nə üçün? Çünki hər nə qədər həqiqətdən uzaq olsa da, adamlar inanır ki, İsveçrə hər an işğal edilə bilər. Belə bir vəziyyətdə də İsveçrə düşməninə mühəndislik möcüzəsi olan 50 km-lik tunelləri körpüləri kabusa çevirməkdə qərarlıdır. İş bu ölçüyə gəlib çıxsa, öz xilasetmə tədbirlərini aparmaq üçün gizli yolları layihələri də hazır ediblər. Saat istehsal edən millət, bunu düşünməz heç? =)

5. Yeraltı Təyyarə Mərkəzləri

Yeraltı Təyyarə MərkəzləriBəli, bunu da ediblər. İsveçrə kiçik bir ölkə olduğundan hücum anında işğalçı qüvvə öz hava limanlarını istifadə edərək bütün isveçrə hava məkanını basqı altında tutacağı üçün İsveçrəli qərargah rəisləri bunu əvvəlcədən həll etmək məcburiyyətində qalıblar. Bern, Luzern, Sürix kimi şəhərlərin klassik hava limanları hərbi məqsədlər üçün istifadə edilsə də, onlar heç bir riskə girməmişdir, dağların altını oyub təyyarələri orada depolayıblar. Həm düşmən hava qüvvələrinin İsrailin Misirə 1967-də etdiyi kimi, ani bir basqının qarşısını alıblar, həm də bu yeraltı hava bazalarına haradan girmək, haradan çıxmağın lazım olduğunu bilən olmadığı üçün ilk hücum təşəbbüsünü müdafiə məsələsinə yönəldiblər. Qısaca ifadə etmək lazım gələrsə, işğal edəcəyiniz İsveçrənin hava qüvvələri sadəcə onlar istədikdə görünə bilər. İstəmədikləri zaman Matrix filmindəki Zion şəhəri kimi axtarın ki, tapasınız o təyyarələri.

6. İsveçrə Məhsullarından Biri

İsveçrə Məhsullarından BiriElə də bir əhəmiyyəti yoxdur, amma demədən də keçmək olmaz. Hər İsveçrə əsgərinə verilən bu Mc-Gyver avadanlığından sizə verilmir. Yəqin ki, bir gün bir yerdə lazımdır, o gün də əlinizdə olmaz və ağlayarsınız.

7. Ultra-Müasir Təchizat

Ultra-Müasir TəchizatUltra-müasir deyincə hər yerindən lazer fışqıran, rəqəmsal göstəriciləri olan, altı alovlu avadanlıqlı üstü vertolyot kimi bir şeylərdən bəhs etmirik əlbəttə. İsveçrənin keyfiyyət standartının yüksəkliyindən bəhs edirik. Onların ordusuna aldığı yük maşınından adi dəmirinə, tüfəngdən boşqabına qədər hər şey ən incə detalına qədər hesablanmışdır. Hər şey burada saat kimi işləyir. Mində bir səhv belə tapa bilməzsiniz. Digər ittifaqların ordu  standartlarında olanlar (məsələn, mərmi kalibrləri) İsveçrədə keçmədiyindən burada ələ keçirdiyiniz yerli avadanlığı istifadə etmək kimi bir avantaj ola bilər ki, o da mümkün deyil. Hər şey özlərinə görə nizamlanıb və hesablanıb.

8. İxtisaslaşdırılmış Əsgərlər

İxtisaslaşdırılmış ƏsgərlərAlp Növü (Alpine) deyilən şərtlərdə silahlı mübarizə hədsiz texniki bacarıq tələb edir. Dünyada da dağlarda döyüşməyin tarixi kitabını yazmış (özləri iddia edirlər) dövlətlər var. Norveç və Avstriya ordusunu nümunə göstərmək lazım olsa, əsgərlərini olduğu kimi Alpine standartlarında yetişdirir.  Alman və İtalyan ordularının da bu məsələyə xüsusi olaraq biçilən fikirləri var, ancaq NATO hər il ciddi pullar ödəyərək öz zabitlərini İsveçrədə Alpine şərtləriylə hərbi təhsil almağa göndərir. İsveçrənin öz Alpine şərtləri olan Norveçə belə dərs keçə biləcək, məsələyə həddindən artıq hakim bir hərbi personalı var. Onlara orada qibtəylə baxılır. Ordunun çoxu əsgərliyə çağırılmış vətəndaşlar olsa da, onlara əmrləri verən və komandanlıq edən çox istedadlı bir mexanizm qurulub.

9. Sığıncaqlar

Sığıncaqlarİsveçrədə hər mənzil blokunda nüvə hücumlara dözümlü bir sığınacaq olmaq məcburiyyətindədir. Əlbəttə bu yerlərin adı təkcə sığınacaq deyil. Evin zirzəmisini göstərib, aha bura da, sığınacaq olsun demirlər. NBC hava filtrli, polad blast qapılı, havalandırması və 25 nəfər üçün sığınacağa çevriləcək şəkildə tikilən bu yerlər hazırda xüsusi ərazilərdə yerləşir və 300.000 ədəddir. Hər bir dövlət binasında yerləşən daha geniş 5.100 sığınacq da əlavə edəndə cəmi 8.6 milyon adamın bir nüvə hücumu zamanı gizlənəcəyi qədər etibarlı bir yer təsis ediblər. Bu rəqəm İsveçrə əhalisinin sayından çoxdur. Nüfuzlarının 100-də 114-ünü hər an reallaşması çətin bir ehtimala qarşı belə qoruyurlar, İsveçrə uzaqdan düyməyə basaraq yox edə bilmir, insanlarını da xəritədən silə bilmirsiniz yəni.

10. Evdəki Silahlar

Evdəki SilahlarTəxris olduğunuz gün “Brat, silahın yadından çıxdı!” – deyə arxanızdan G3-lə qaçan bir çavuş olsa, nə hiss edərdiniz? İsveçrə ordusunda əsgərlik bitir, amma silah dərdi bitmir. O silah sizin artıq həyat boyu dostunuzdur. Evə aparıb yaxşı baxmaq, bir gün İsveçrə təcavüzə məruz qalsa, çıxarıb hamını biçməklə borclusunuz. 2007-ci ilə qədər evə 1000 ədəd də güllə depolamaq mümkün idi, polad şkaf, filan məcburiymiş, ancaq indi mərmilər təhlükəsiz müqavimət nöqtələrində (wiederstandsnest) toplanılır və ehtiyac zamanı cəmiyyətə çatdırılır. Beləcə onların atası, hətta ulu babası da ordudan qalan silahları hələ də evdə saxlayırlar. Bu şəkildə ölkədə yarım milyon silah dövriyyədədir. Buna baxmayaraq İsveçrə cinayətin ən az olduğu ölkələrdən biridir.

11. Militarist Xalq

Militarist XalqBaşqa bir yerdə nümunəsini görmək yəqin ki, çox çətindir. Təhsilli insanlar, mədəni cəmiyyət, inanılmaz infrastruktur, Aİ standartlarının üzərində bir həyat. Ancaq buna baxmayaraq, İsveçrəlilər hərbini və əsgərləri sevirlər kimi görünürlər. 2001-ci ildə fəal ordu personalını azaldaq, yaxud ordunu kompleks şəkildə çoxaldaq baxımından məsələ qaldırılmış bir referendum İsveçrədə 77 faiz kimi bir nisbətlə rədd edilmişdi.  İsveçrənin bir düşməni yoxdur, ancaq Avropanın ən böyük ordularından birini bəsləyirlər. Ölkə 1215-ci ildən bəri də kantonlar konfederasiyası olaraq varlığını davam etdirir. 1815-ci ildən bəri də dillərə dastan bir obyektivliyi/tərəfsizliyi var. Bəs bu ordu sevdası? Bunun cavabı tərəfsizliyin də, müstəqilliyin də Almaniya, Fransa, İtaliya kimi nəhənglər arasına düşmüş olduğunuz zaman çox kövrək anlayışlara çevrilməsində yatır. İsveçrənin bu gün bir düşməni olmaya bilər, amma olduğu zaman da o düşmən İsveçrənin hər şeyə hazır olduğunu bilərək düşmən olacaq.

12. Papa Mühafizəkarları

Papa MühafizəkarlarıDünyada o qədər qoşun var daim həyati təhlükəsi olan Papa səbəb şəxsi qoruması kimi bir batalyon rəngarəng geyimli İsveçrəli qvardiyanı seçir? Səbəbi məşhur İsveçrəli Qvardiyaçıların 13-ci əsrin ən elit muzdlu əsgərlərinin olmağıdır. Aradan keçən 800 ildə də heç bir şey dəyişməmişdir. İsveçrəli Qvardiyaçıların mərasimlərdə arxa planda gözləyən İsveçrə ordusu silahlarından istifadə edən, VIP təhlükəsizlik məsələsində çox təcrübəli bir hərbi gücü var. İsveçrəni işğal etsəniz, bu yoldaşlar da öz ölkələrinə qayıdır və döyüşürlər deyə düşünmək lazımdır. 😉

13. İsveçrədə Təbii Sərvətlərin Olmamağı

İsveçrədə Təbii Sərvətlərin Olmamağı

 Neft desən, yoxdur, qaz desən, yoxdur. Niyə işğal edəsən ki buranı? Çöl-çəmən, ultra keyfiyyətli şokolad süd məhsullarına qarşılıq olaraq buranın övladları öldürülər heç? Öldürülməz! İsveçrə ordusu da eynilə belə düşünəsiniz, istəyir. Bizdə heç bir şey yoxdur, gəlməyin, deyirlər. Küveyt kimi bir çölün də işğala məruz qaldığı dünyada İsveçrə kimi bir təbiət cənnətinin altında, üstündə heç bir şey çatışmır deyə, müharibədən uzaq qalması da yekə bir ironiya deyilmi? (Kenquru.Az)

 Müstəqil.Az

Share: