Üzünü it dişləyən uşağın vəziyyəti yaxşıdır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, uşaq Kilini Tibbi Mərkəzdə palataya köçürülüb.
“Vaksinləri vurulub, müalicəsi davam edir. Hazırda vəziyyəti yaxşıdır”.
Qeyd edək ki, hadisə aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. İt küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib və onun yanaq nahiyəsini dişləyib.
Müstəqil.Az