İtaliya millisinin baş məşqçisi istefaya göndərildi

İtaliya millisinin baş məşqçisi istefaya göndərildi

Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini istefaya göndərilib.

Bu barədə İtaliya Futbol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Millinin yeni çalışdırıcısının yaxın bir neçə gün ərzində təqdim olunacağı bildirilib.

Xatırladaq ki, Mançini 2018-ci ildən İtaliya millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2021-ci ildə Avropa çempionatının qalibi olub. Həmçinin İtaliya yığması iki dəfə (2021, 2023) Millətlər Liqasının bürünc medalını qazanıb, lakin DÇ-2022-yə vəsiqə əldə edə bilməyib.

2024-cü il Avropa çempionatının seçmə turnirində italyanlar iki görüşdən birində qələbə qazanıb, digərində məğlubiyyətlə üzləşiblər.

Mənbə: TASS

Share: