İtaliya Qran Prisinin təsnifat mərhələsi: “Ferrari” doğma meydanda ilk sırada olacaq

İtaliya Qran Prisinin təsnifat mərhələsi: “Ferrari” doğma meydanda ilk sırada olacaq

Monzada “Formula 1”in 2022-ci il mövsümünün 16-cı mərhələsi olan İtaliya Qran Prisinin təsnifat mərhələsi başa çatıb.

İlk yeri “Ferrari” komandasının pilotu Çarlz Lekler qazanıb.

“Red Bull” komandasının pilotu Maks Verstappen ikinci, “Ferrari”nin digər sürücüsü Karlos Sayns isə üçüncü olub.

Onların arxasında start mövqeyində Serxio Peres (“Red Bull”) və Lüis Hemilton (“Mercedes”) qərarlaşıb.

Qeyd edək ki, əsas yarış sentyabrın 11-də baş tutacaq.

Mənbə: sports.ru

Share: