İtaliyanın şimalında ölkənin ikinci ən böyük gölü Maggioredə göyərtəsində 20-dən çox sərnişinin, eləcə də ekipaj üzvlərinin olduğu turist qayığı batıb.
“Qafqazinfo” xarici mediaya istinadla xəbər verir ki, ad günü qeyd edən turistlərlə dolu qayığın batması nəticəsində 4 nəfər ölüb. Ölənlərdən ikisi israillidir.
Qayığın batmasına qəfil gələn qasırğanın səbəb olduğu bildirilir.
Xilasetmə səyləri nəticəsində 19 nəfəri sudan xilas etmək mümkün olub.