Romanın şimalındakı barların birində baş verən atışma nəticəsində azı 4 nəfər ölüb.
Daha bir nəfərin yaralandığı bildirilib.
Qeyd olunub ki, atışma müəssisənin ortaq sahiblərinin iclası zamanı baş verib.
Atəşi açan silahlı kişi olub.
Hadisənin digər təfərrüatı açıqlanmayıb.
Mənbə: TASS