İtaliyada koronavirus qurbanlarının sayı 51 mini keçib

İtaliyada koronavirus qurbanlarının sayı 51 mini keçib

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 23 232 nəfər artıb.

Müstəqil.Az  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 853 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 51 306 nəfərə çatıb. Ölkədə hazırda 798 386 aktiv koronavirus xəstəsi var, onlardan 3816-sı ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 455 022 nəfərdən 605 330 nəfər sağalıb.

Müstəqil.Az

Share: