İtaliya Rusiya və Belarus vətəndaşları üçün “Investor Visa for Italy” proqramını dayandırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Müəssisələr və Məhsullar Nazirliyi məlumat yayıb.
Həmin qərar Avropa İttifaqının tövsiyəsi ilə verilib.
Qeyd edək ki, İtaliyada Aİ-yə daxil olmayan vətəndaşlar üçün “Qızıl viza” adlanan proqram 2017-ci ildən verilməyə başlanılıb.
Bu proqram çərçivəsində arzu edənlər investisiya müqabilində İtaliyada yaşayış icazəsi ala bilərdilər.