İyunun ilk 11 günündə dünya üzrə temperatur ilin bu dövrü üçün rekord qırıb.
“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidmətinin araşdırmaları sübut edir.
Belə ki, El Nino hava hadisəsinin formalaşmasından və keçən ay rekord qıran dəniz səthinin temperaturundan sonra quruda havanın temperaturu ən yüksək orta səviyyəyə çatıb.
İyun ayında qlobal hava istiliyi ilk dəfə sənayedən əvvəlki orta göstəricini 1,5 dərəcə üstələyib.
1,5 dərəcə həddi ilk dəfə 2015-ci ilin dekabrında, daha sonra 2016 və 2020-ci ilin qış və yaz aylarında keçilib.
Ümumdünya Meteorologiya Təşkilatı may ayında açıqladığı hesabatda 2023-2027-ci illər üçün qlobal orta hava istiliyinin ən azı bir il ərzində sənayedən əvvəlki orta göstəricidən 1,5 dərəcə yuxarı qalması ehtimalının 66 faiz olduğunu açıqlayıb.