Mart ayının 9-10 tarixlərində “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın – Ana və Yaranışdır” audiovüzual vasitələrin köməyi ilə qadınlar arasında milli mənəvi dəyərlərin təbliği layihəsi çərçivəsində növbəti tədbirini gerçəkləşdirib.
Layihə çərçivəsində Salyan rayon Tarix-diyarşünaslıq muzeyində dəyirmi masa ətrafında seminar və Ustad dərsi təşkil olunub.
Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin məsul işçisi Sevinc Səmədova iştirak edib. Tədbirin əsas hədəf qrupu – Salyan rayonunda yaşayan, 27 nəfərdən ibarət müxtəlif peşə və sənət sahibi olan xanımlar idi.
İctimai birliyin rəhbəri Fəridə Mirişova tədbiri giriş sözü ilə açaraq, öz çıxışında layihənin əsas məqsədindən bəhs edib. O, qeyd edib ki, bizim məqsədimiz məişət zorakılığına, qadınlara qarşı olan ayrı-seçkiliyə qarşı fəaliyyətimizdə ailə dəyərlərini milli-mənəvi dəyərlər əsasında və audiovizual vasitələrdən istifadə etməklə təşviq etməkdir.
Daha sonra “Ahəng” Psixologiya Reabilitasiya Mərkəzinin rəhbəri, psixoloq-təlimçi Vüsalə Əmiraslanova “Azərbaycan folklor nümunələrində qadın”, “İslam dinində qadın”, “Azərbaycan kinolsunda qadın” mövzularında müzakirələr aparıb. Mövzular ətrafında müzakirələrdə xanımlar fəal iştirak ediblər.
Layihə aprel ayının sonuna qədər davam edəcəkdir.
Müstəqil.Az