İzmirdə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 92 nəfərə çatıb.
Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar zamanı yaralananlardan 147 nəfərin müalicəsi davam edir.
Xatırladaq ki, oktyabrın 30-da baş verən 6,6 bal gücündə zəlzələdən sonra bölgədə şiddəti 1-5,1 bal arasında olan 1230 afterşok qeydə alınıb.