Jirinovski atalarını öldürən erməni bacılardan danışdı

Rusiya siyasətçisi, LDPR lideri Vladimir Jirinovski yenə ermənilərin bostanına daş atıb. Rusiyada yaşayan ermənilərin kriminal əməllərindən və həyatından söz açıb, misalllar gətirib.

“Yeni Musavat”ın məlumatına görə, bu barədə o, Rusiya Dövlət Dumasında çıxışı zamanı deyib.

Ölkədəki qanunsuzluqlardan, korrupsiya və rüşvət hallarından danışan, gənc nəslin Rusiyanın gələcəyinə laqeyd münasibətindən gileylənən partiya sədri çıxışının bir yerində Moskvada öz manyak atalarını qətlə yetirən 3 erməni qızın – 3 bacının hekayətinə toxunaraq deyib:

“Məgər bu 3 bacı həmin mənzildən çıxıb gedə bilməzdi? Yox, mütləq öldürmək. Doğma ata despot, vəhşi ola bilər. 17 yaşları var. Uşaq deyilər. Yox, tamaşa olmalıdır. Yaxud baxırsan, Petrosyan arvadından boşanır, milyardları bölə bilmir. Yaxud Cigərxanyanı kimsə qarət eləmək istəyir. Bax, hər gün bizə belə tamaşalar, boşanma, qovuşma səhnələri göstərilir. Bu ölkəni bəs kim idarə eləməlidir?..”

Yevgeni Petrosyan Moskvada yaşayan məşhur erməni parodiyaçısıdır. Neçə vaxtdır arvadı , parodiyaçı Yelena Stepanko ilə boşanma davası içindədir.

Armen Cigərxanyan isə Rusiyada yaşayan məşhur erməni aktyoru, SSRİ Xalq artistidir. O da analoji problemlərlə üzləşib.

Ataları Mixail Xaçaturyanı öldürən 17, 18 və 19 yaşlı 3 bacıya gəlincə, Rusiya mətbuatının yazdığına görə, 57 yaşlı kişinin öz qızlarına əziyyət verdiyi, övladların ondan şiddət gördüyü, hətta seksual xarakterli hərəkətlərə məruz qaldığı barədə yazıb. Rusiyada böyük rezonans doğuran bu olayla bağlı məhkəmə davam edir.

Müstəqil.Az

Share: